Daşkənddəki
Azərbaycan Mədəniyyət Mərkəzində sənət
kursları
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində rəqs, rəsm, kompyuter, Azərbaycan dili kursları ilə yanaşı, "Əl işləri və naxış tikmə" kursu da fəaliyyətə başlayıb.
Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar, bəzək əşyaları, hətta qiymətli daş-qaşlardan geniş istifadə edilir.
Kursları Özbəkistanın "Barkamal avlod" uşaq ədəbi mərkəzinin müəlliməsi, "Bazarart" sərgi yarmarkasının təşkilatçılarından olan Dildora Şoraxmedova aparır. Kurslarda Azərbaycan motivləri və naxışlarına, habelə bəzək elementlərinə daha çox üstünlük verilir. Mədəniyyət Mərkəzinin kitabxanası kurslarla bağlı müvafiq əyani vəsait, kitab və nəşrlərlə təmin olunub.
Qeyd
edək ki, kurslara qəbul
aparmaq üçün
Daşkənddə azərbaycanlıların daha
çox təhsil aldığı Mirabad rayon 147 saylı orta məktəbdə elanlar
verilib, qruplar təşkil
edilib. Kurslar ödənişsizdir,
sonda yaxşı nəticə göstərənlərə
Mərkəzin sertifikatı veriləcək, gələcəkdə
onların sərgiləri təşkil ediləcək.
Mədəniyyət.- 2013.- 12 iyun.-
S. 4.